Lloyd Ceyms Ostin Ukraynaya rəsmi səfər edib
ABŞ müdafiə naziri Lloyd Ceyms Ostin Ukraynanın paytaxtı Kiyevə rəsmi səfər edib.
2066468

ABŞ müdafiə naziri Lloyd Ceyms Ostin Ukraynanın paytaxtı Kiyevə rəsmi səfər edib.
Lloyd Ceyms Ostin Kiyev vağzalında çəkilmiş şəklini sosial media hesabında paylaşıb.
O, Kiyevə Ukrayna administrasiyası ilə görüşmək üçün getdiyini bildirib.
“Mən bu gün buraya mühüm mesaj vermək üçün gəldim. Amerika Birləşmiş Ştatları Rusiyanın təcavüzünə qarşı azadlıq uğrunda mübarizədə indi və gələcəkdə Ukraynanın yanında olmağa davam edəcək”,-deyə Lloyd Ceyms Ostin qeyd edib.
Rusiya əsgərləri 24 fevral 2022-ci ildə Ukraynada müharibəyə başlayıb.
Әlaqәli Xәbәrlәr

Bir sıra ölkədə Fələstinə dəstək aksiyaları keçirilir
Kolumbiya və Braziliyada minlərlə insan İsrailin Qəzzaya hücumlarına reaksiya verib.