Fələstinin XİN rəhbəri: ''İsrail fələstinliləri tamamilə məhv etməyə ümid edir''

Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki deyib:"İsrail Qəzzadakı münaqişənin bütün müharibələri son çatdıracaq sonuncu müharibə olduğunu iddia edir.Onlar fələstinliləri tamamilə məhv etməyə ümid edirlər".

2066461

Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Çində görüşlər keçirdi.
Görüşdə çıxış edən Fələstinin xarici işlər naziri Əl-Maliki İsrailin Qəzzada fələstinlilərə qarşı vəhşi cinayətlər törətdiyini bildirib.
Riyad Əl-Maliki deyib: "Onlar su, elektrik və digər əsas ehtiyacları kəsdilər, köçən hər kəsi öldürdülər, insanları hüquqlarından məhrum etdilər".
İsrailin Qəzzanı mühasirəyə almasına, İordan çayının qərb sahilindəki torpaqları ilhaq etdiyinə və fələstinlilərə qarşı irqi zəmində ayrı-seçkilik tətbiq etdiyinə diqqət çəkən Riyad Əl-Maliki deyib: "Qəzzada mühasirə oktyabrın 7-də başlamadı, İsrail 18 il əvvəl Qəzzanı dünyanın ən böyük açıq hava həbsxanasına çevirdi''.
Maliki İsrailin hərəkətlərinin iki dövlətli həll və fələstinlilərin öz müqəddəratını təyinetmə və müstəqil dövlət qurma haqqını pozduğunu vurğulayaraq "İsrail bunun bütün müharibələri sona çatdıracaq son müharibə olduğunu iddia edir. Fələstinliləri tamamilə məhv etməyə ümid edirlər''.

Әlaqәli Xәbәrlәr