Argentinanın yeni prezidenti Xavyer Miley olub

Qutuların 94 faizdən çoxunun açıldığı seçkinin ilk nəticələrinə görə,  Libertar Partiyasının namizədi Miley 55,82 faiz səslə prezident seçilib.

2066116
Argentinanın yeni prezidenti Xavyer Miley olub

Qutuların 94 faizdən çoxunun açıldığı seçkinin ilk nəticələrinə görə, Libertar Partiyasının namizədi Xavyer Miley 55,82 faiz səslə prezident seçilib.

“Peronist” alyansın namizədi və hazırkı iqtisadiyyat naziri Sergio Massa 44,17 faiz səs toplayıb.

“Vətən Naminə Birlik” partiyasının namizədi Massa məğlubiyyətini etiraf edib və seçkilərdəki uğuru münasibətilə rəqibi Mileyə zəng edərək təbrik etdiyini açıqlayıb.

Nəticələrin gözləntilərindən çox uzaq olduğunu ifadə edən Massa "Argentinalıların qarşıdakı 4 il ərzində Mileyi seçməsi səbəbi ilə zəng edib təbrik etdim. Bunu edərkən ona ən önəmli şeyin, bütün bu çətinliklər arasında birgə yaşama, dialoq və sülh hörmət olduğu mesajını verdim" deyib.

Massa Argentina xalqının başqa bir yol seçdiyini vurğulayaraq, "Sabahdan etibarən siyasi və iqtisadi fəaliyyət üçün bütün məsuliyyət seçilmiş prezidentə məxsusdur. Bu gün Argentina güclü, möhkəm və şəffaf nəticələrə hörmət edən demokratik sistemə malik olduğunu təsdiqlədi" deyə vurğulayıb.

Seçkidə iştirak nisbətinin 76 faiz olduğu qeydə alınıb.



Әlaqәli Xәbәrlәr