İsrail əsgərləri Tul Kərim qaçqın düşərgəsini vurub, 3 fələstinli həyatını itirib

İordan çayının qərb sahilindəki Tul Kərim qaçqın düşərgəsində İsrailin pilotsuz uçuş aparatından (PUA) atılan raket nəticəsində daha 3 fələstinli həyatını itirib.

2064156
İsrail əsgərləri Tul Kərim qaçqın düşərgəsini vurub, 3 fələstinli həyatını itirib

İordan çayının qərb sahilindəki Tul Kərim qaçqın düşərgəsində İsrailin pilotsuz uçuş aparatından (PUA) atılan raket nəticəsində daha 3 fələstinli həyatını itirib.

Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, Tul Kərimdəki Sabit Xəstəxanası İsrailə məxsus PUA-dan atılan raketlə vurulan 3 fələstinli gəncin həyatını itirdiyini açıqlayıb.

Xüsusi təyinatlılarla Tul Kərimə basqın edən İsrail əsgərləri ilə fələstinli gənclər arasında şiddətli qarşıdurma yaşanıb. Bölgədəki evlərin damında mövqe tutan snayper İsrail əsgərlərinin fələstinlilərə atəş açdığı, ölənlərlə yanaşı daha 4 gəncin də snayper güllələrindən müxtəlif şəkildə yaralandığı bildirilib.

Digər tərəfdən, İsrail əsgərlərinin yaralıları xəstəxanaya aparmaq üçün bölgəyə gələn təcili yardım maşınlarının qarşısını aldığı, ciddi axtarışlardan sonra yaralılara çatmasına icazə verdiyi qeyd edilib.

Müalicə üçün xəstəxanaya aparılmaq istənən yaralı bir fələstinlinin İsrail əsgərləri tərəfindən təcili yardım maşınından zorla çıxarılaraq saxlanıldığı da vurğulanıb.

Evlərə və müxtəlif nöqtələrə basqınlar davam edərkən, əsgərlərin müşayiəti ilə əraziyə gələn buldozerlər Tul Kərim qaçqın düşərgəsinin girişindəki əl-Medaris küçəsini qazaraq infrastruktura böyük ziyan vurub. Tikinti texnikası şəhərdəki Qüds Universitetinin də bir tərəfini dağıdıb.

Tul Kərimqaçqın düşərgəsindəki islami və milli müqavimət qrupları şəhərdə ümumi tətil elan ediblər.

Yenə İsrail əsgərlərinin İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərinin şərqindəki Beyt Aynun yaxınlığında bir fələstinliyə atəş açması gəncin ölümünə səbəb olub.

Beləliklə, oktyabrın 7-dən bu yana İsrail qüvvələri və İordan çayının qərb sahilində yəhudi mühacirlər tərəfindən öldürülən fələstinlilərin sayı 193-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr