“İsrail-Fələstin münaqişəsi dinlər və mədəniyyətlər müharibəsinə çevrilir”, C.Borrell

Belçikanın paytaxtı Brüsseldə Aİ səfirlərinin illik konfransının açılışındakı çıxışında C.Borel deyib ...

2061106
“İsrail-Fələstin münaqişəsi dinlər və mədəniyyətlər müharibəsinə çevrilir”, C.Borrell

 

  Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell bildirib ki, İsrail-Fələstin münaqişəsi mədəniyyətlər müharibəsinə çevrilir və bunun qarşısını almaq üçün hər şey edilməlidir.

  Belçikanın paytaxtı Brüsseldə Aİ səfirlərinin illik konfransının açılışındakı çıxışında C.Borel deyib: “İsrail-Fələstin məsələsi hər il get-gedə ağırlaşsa da, Qərb ölkələri də daxil olmaqla heç kəs buna məhəl qoymadı.

  Ərəb ölkələri ilə İsrail arasında son illər əldə edilən razılaşmaların ölkəyə sülh və sabitlik gətirəcəyinə inanıldı, lakin bu olmadı.

  İsrail-Fələstin münaqişəsi artıq İsrail-ərəb qarşıdurması deyil. Bu, bir dönüş nöqtəsidir.

  İndi baş verən dinlər və ya mədəniyyətlər arasında bir müharibədir.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dinlədim. O, Qərbə xitabla dedi: “Yenə də aypara-xaç (səlib) müharibəsi istəyirsiniz?” Bunlar çox güclü ifadələrdir. Biz bu müharibənin qarşısını almaq üçün əlimizdən gələni etməliyik.

  İsrail, Fələstin, ərəb ölkələri, Avropa İttifaqı, Türkiyə, ABŞ və bir zaman mühüm rol oynayan Norveçin də iştirakı ilə çıxış yolları dəqiqləşməlidir. Bu, iki dövlətli həll üçün son şansdır. Əgər uğursuz olsaq, zorakılıq və nəsillər boyu nifrət spiralı içində olacağıq. Bu, qarşımızda duran ən böyük geosiyasi çağırışdır."



Әlaqәli Xәbәrlәr