Almaniya Tanzaniyadan bağışlanmağı istədi

F.Ştaynmayer Tanzaniyaya səfəri zamanı getdiyi Maji Maji Muzeyində deyib ...

2059143
Almaniya Tanzaniyadan bağışlanmağı istədi

 

  Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin müstəmləkəçilik dövründə Tanzaniyada törətdiyi cinayətlərə görə utandığını bildirib və bu ölkədən bağışlanmağı istəyib.

  F.Ştaynmayer Tanzaniyaya səfəri zamanı getdiyi Maji Maji Muzeyində deyib: " Müstəmləkəçilik dövründə Almaniyanın Tanzaniyada törətdiyi cinayətlərə görə utanırıq… Almanların ata-babalarınıza etdiklərinə görə bağışlanmağımızı istəyirəm… Tanzaniya ilə ortaq gələcək qurmaq arzusundayıq”.

  Xatırladaq ki, ərəb hökmranlığından sonra 1880-ci ildən 1919-cu ilə qədər Almaniyanın müstəmləkəsi altında olan Tanzaniya torpaqları Millətlər Liqasının yaradılması ilə İngiltərənin hakimiyyətinə keçmişdi. 1905-1907-ci illər arasında Almaniya koloniyasına qarşı Maji Maji üsyanı zorakılıqla yatırılıb, təxminən 200-300 min tanzaliyalı öldürülüb.

  Tanzaniya müstəmləkə dövründə həlak olan müqavimət döyüşçülərinin qalıqlarının Almaniyadakı muzeylərdən ölkəsinə gətirilməsi üçün danışıqlara başladıqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr