Əfqanıstan zəlzələlərində dəymiş ziyanı aradan qaldırmaq üçün lazım olan məbləğ

Bu barədə BMT-nin bu ölkədəki humanitar koordinatoru vəzifəsini icra edən Daniel Endres bildirib

2051717
Əfqanıstan zəlzələlərində dəymiş ziyanı aradan qaldırmaq üçün lazım olan məbləğ

 

  Əfqanıstanda baş vermiş zəlzələ nəticəsində son hesablamalara görə, 1,5 min nəfər ölüb, 2 minə yaxın insan yaralanıb. Bu barədə BMT-nin bu ölkədəki humanitar koordinatoru vəzifəsini icra edən Daniel Endres bildirib.

  "Növbəti 6 ay ərzində zərər çəkmiş ərazilərin bərpası və qurbanlara yardımın göstərilməsi üçün humanitar əməliyyatlar üçün 93,6 milyon dollar tələb olunur", - deyə D.Enders vurğulayıb. Onun sözlərinə görə, daha 43 min insan bu və ya digər dərəcədə zəlzələdən zərər görüb. Ən çox zərər çəkən ərazi İncil rayonudur. Burada 23 minə yaxın zərərçəkmiş insan yaşayır. Bu, bütün qurbanların təxminən 53 faizini təşkil edir.

  BMT-nin bu ölkədəki nümayəndəsi zəlzələ nəticəsində 3,3 mindən çox evin dağıldığını da bildirib. Su təchizatına və quyulara ciddi ziyan dəyib, dağıntılar suyun çirklənməsinə və xəstəliklərin yayılmasına səbəb ola bilər.

  Qeyd edək ki, oktyabrın 7-də Əfqanıstanda 6,3 bal gücündə güclü zəlzələ baş verib.



Әlaqәli Xәbәrlәr