ABŞ Qarabağda humanitar vəziyyətin diqqət mərkəzlərində olduğunu bildirib

Con Kirbi Ermənistana köçmüş Qarabağın keçmiş sakinləri üçün ilk mərhələdə “11 milyon dollar humanitar yardım” təmin etdiklərini deyib.

2046146
ABŞ Qarabağda humanitar vəziyyətin diqqət mərkəzlərində olduğunu bildirib

Amerika Birləşmiş Ştatları Qarabağda “humanitar vəziyyət”in diqqət mərkəzində olduğunu bildirib. 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ermənistana köçmüş Qarabağın keçmiş sakinləri üçün ilk mərhələdə “11 milyon dollar humanitar yardım” təmin etdiklərini deyib.

Yardımların təşkili üçün bölgəyə ABŞ-dan bir qrupun da göndərildiyi barədə məlumatı paylaşan Kirbi "Buna görə də humanitar vəziyyətə çox diqqət yetirmişik və orda mövcud olan məyus vəziyyətə kömək etmək üçün əlimizdən gələni edirik" deyib.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Qarabağla bağlı “uzunmüddətli, müstəqil beynəlxalq monitorinq missiyasının” yaradılmasının zəruriliyinə toxunub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətinin “Qarabağda mülki şəxslərə qarşı pis rəftar edilməməsi, kənd təsərrüfatı, heyvandarlıq və ya infrastruktura ziyan dəyməməsi” ilə bağlı qənaətindən məmnunluğunu ifadə edən V.Patel deyib: “BMT-nin şərhləri ABŞ-ın mövqeyini dəyişməyəcək və Qarabağda daha uzunmüddətli beynəlxalq missiyaya qarşı güclü bir istək və ehtiyac olduğuna inanmağa davam edirik".

Gündəlik mətbuat konfransında BMT-nin sözçüsü Stefan Dujarrik qeyd edib ki, Azərbaycanın dəvəti ilə bölgəyə səfər edən BMT nümayəndə heyəti Laçın və Xankəndi şəhərindəki sərhəd-keçid məntəqəsinə baxış keçirib. Heyət erməni mülki əhalisinə qarşı zorakılıq və bölgədəki mülki infrastrukturun hədəfə alındığına dair hər hansı bir dəlilə təsadüf etməmişdir.



Әlaqәli Xәbәrlәr