2050-ci ilə qədər dünyada ən çox hansı yaş qrupu olacaq?
BMT-nin hazırladığı 2023-cü il Ümumdünya Sosial Hesabatına görə ...
2050-ci ilə qədər dünyada hər 6 nəfərdən biri 65 yaşdan yuxarı olacaq.
1990-cı ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən, dünya əhalisinin qocalması ilə bağlı problemlərin həlli, ahılların sağlamlıq, sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması və bu mövzuda maarifləndirmənin gücləndirilməsi məqsədi ilə hər il 1 Oktyabr - Ümumdünya Ahıllar Günü təşkil edilir.
BMT-nin hazırladığı 2023-cü il Ümumdünya Sosial Hesabatına görə, dünya əhalisi içərisində yaşlı insanların sayı artır. Belə ki, 2050-ci ildə 65 yaşdan yuxarı əhalinin 1,6 milyarda çatacağı gözlənilir. Əgər bu proqnoz özünü doğrultsa, yaşlı insanlar dünya əhalisinin 16 faizindən çoxunu təşkil edəcək. Bu hesabla 2050-ci ilə qədər bu yaş qrupunun dünyada hər 6 nəfərdən biri olacağı proqnozlaşdırılır.
Hesabata görə, 2050-ci ildə Honq-Konq əhalisinin 40,6 faizini yaşlı insanlar təşkil edəcək. Ondan sonra 39,4 faizlə Cənubi Koreya, 37,5 faizlə Yaponiya, 37,1 faizlə İtaliya, 36,6 faizlə İspaniya, 35,3 faizlə Tayvan və 34,8 faizlə Tayvan, 34,2 faizlə Sinqapur və 33,6 faizlə Küveyt gəlir.
Әlaqәli Xәbәrlәr
“Dezinformasiya rəqəmsal dövrün ən böyük problemlərindən biridir”, F.Altun
Macarıstanın Budapeşt şəhərində dəyirmi masa iclası təşkil edilib