ABŞ və Keniya 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzaladı

ABŞ və Keniya strateji tərəfdaşlıq möhkəmləndirmək və terror təşkilatı “Əl-Şəbab”la mübarizədə əməkdaşlıq qərarı veriblər

2043151
ABŞ və Keniya 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzaladı

 

  Amerika Birləşmiş Ştatları Keniya ilə regional təhlükəsizlik, terrorizm və zorakılıqla mübarizə üçün 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzaladı.

  ABŞ-ın müdafiə naziri Lloyd Ostin Keniyanın paytaxtı Nayrobidə Keniya prezidenti Uilyam Ruto və müdafiə naziri Aden Bare Duale ilə ikitərəfli görüşlər keçirib. Sonra iki ölkə arasında regional sabitlik və terrorla mübarizə mövzusunda 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzalanıb.

  ABŞ və Keniya strateji tərəfdaşlıq möhkəmləndirmək və terror təşkilatı “Əl-Şəbab”la mübarizədə əməkdaşlıq qərarı veriblər.

  Afrika səfəri çərçivəsində Cibuti və Keniyada müxtəlif görüşlər keçirən ABŞ müdafiə naziri sonra Anqolaya yola düşüb.



Әlaqәli Xәbәrlәr