Viktor Orban: ''İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün tələsmək lazım deyil''

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün tələsmək lazım deyil.

2042146
Viktor Orban: ''İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün tələsmək lazım deyil''

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün tələsmək lazım deyil.

Macarıstan parlamentində çıxış edən Viktor Orban deyib:

“İsveçin təhlükəsizliyinə heç bir təhlükə yoxdur”. 

Macarıstan iyun ayında İsveçin NATO-ya üzvlüyünü təsdiqləməklə bağlı sessiyasının payıza qədər təxirə salındığını elan etmişdi.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Finlandiya və İsveç onilliklər boyu davam edən “hərbi neytrallıq” siyasətinə son qoymuşdu.

İki ölkə NATO-ya üzv olmaq üçün ötən ilin mayında müraciət etmişdi. 
Xatırladaq ki, bu ilin aprelində Finlandiya NATO-ya üzv olmuşdu.



Әlaqәli Xәbәrlәr