İtaliyada sığınacaq istəyənlərdən 4938 avro təminat istəniləcək
Hökumətin bu son qərarı ictimai müzakirələrə səbəb olub ...

İtaliyada sığınacaq istəyənlərdən onlarla bağlı proses yekunlaşana qədər həbs olunmamaq üçün 4938 avro təminat istəniləcək.
Son həftələr qeyri-müntəzəm immiqrant gəlişlərinin artdığı İtaliyada bir il əvvəl immiqrasiya əleyhinə arqumentlərlə hakimiyyətə gələn Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti qeyri-qanuni immiqrasiyaya qarşı bəzi çəkindirici qərarlar verməyə davam edir.
Fərmana görə, İtaliyaya sığınacaq üçün müraciət edən və tələbi rədd edilən qeyri-qanuni mühacirlər həbs edilməmək üçün 4938 avro təhlükəsizlik ödənişi verməli olacaqlar.
Hökumətin bu son qərarı ictimai müzakirələrə səbəb olub. Ana müxalifət Demokratik Partiyasının (PD) sədri Elli Şleyn deyib: “Bu son zülm beynəlxalq hüquqa ziddir”.
Digər müxalifət partiyası olan İtaliya Sol Partiyasının baş katibi Nikola Fratoianni “Sağçı koalisiya hökuməti qaçqınların sığınacaq tələbini ticarətə çevirdi. Onlar qaçaqmalçılarla mübarizə aparmaq istədiklərini deyirlər, amma özləri onlara bənzədilər” deyib.
Bir çox müxalifət deputatları da bu fərmanı “utancverici” və “ayıb” kimi qiymətləndiriblər.
Qeyd edək ki, sentyabrın 18-də qəbul edilən yeni immiqrasiya tənzimləməsində G.Meloni hökuməti sığınacaq ala bilməyən əcnəbilərin repatriasiya mərkəzlərində qalma müddətini 18 aya qədər uzadıb.
Hazırda İtaliyada sığınacaq üçün müraciət edənlər ölkə daxilində sərbəst hərəkət edə bilərlər. Tələbləri rədd edilən və bu imtinaya etiraz edənlər 4938 avro zəmanət ödəyəcəkləri təqdirdə repatriasiya mərkəzlərində saxlanılmayacaq, əks halda 18 aya qədər orada qalmalı olacaqlar.
Әlaqәli Xәbәrlәr

BMT ''Qlobal yol xəritəsi''nin hazırlanması prosesinə başladı
Birləşmiş Millətlər Təşkilatı (BMT) aclığa son qoymaq üçün “qlobal yol xəritəsi” prosesini başladıb.