Keçən il Böyük Britaniyada anomal istilərdən dörd mindən çox adam ölüb

Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) İngiltərə və Uelsdə 1988-2022-ci illərdə anomal istilərdən ölənlər və xəstəxanaya yerləşdirilənlərlə bağlı hesabat yayımlayıb.

2041214
Keçən il Böyük Britaniyada anomal istilərdən dörd mindən çox adam ölüb

Keçən il Böyük Britaniyada  anomal istilərdən 4507 nəfər ölüb.
Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) Böyük Britaniya və Uelsdə 1988-2022-ci illərdə anomal istilərdən ölənlər və xəstəxanaya yerləşdirilənlərlə bağlı hesabat yayımlayıb.
Hesabata görə, istidən ölənlərin sayı 32 il ərzində iki dəfədən çox artıb.
Ölkədə 2022-ci ilin ən isti günlərində istilərdən 4 min 507 nəfərin öldüyü bildirilib. Bunun rekord göstərici olduğu vurğulanıb.
Bildirilib ki, ölüm faktları ən çox paytaxt Londonda qeydə alınıb.
Beynəlxalq ekspertər tərəfindən keçən il dərc edilən araşdırmada 2022-ci ilin 30 may - 4 sentyabr tarixləri arasında Avropada 61 min 672 adamın anomal istilərdən öldüyü, ən çox ölüm faktının isə İtaliya, Yunanıstan, İspaniya və Portuqaliyada qeydə alındığı bildirilib.



Әlaqәli Xәbәrlәr