İsmayıl Haniyə Türkiyeyə təşəkkür edib
HƏMAS-ın siyasi bürosunun sədri İsmayıl Haniyə İsrail qüvvələrinin yaraladığı jurnalistə göstərilən qayğıya görə Türkiye və Anadolu Agentliyinə təşəkkür edib.

HƏMAS-ın siyasi bürosunun sədri İsmayıl Haniyə İsrail qüvvələrinin yaraladığı jurnalistə göstərilən qayğıya görə Türkiye və Anadolu Agentliyinə təşəkkür edib.
İsmayıl Haniyə Qəzza zolağında keçirilən nümayişlərə İsrail əsgərlərinin müdaxiləsi zamanı yaralanan və müalicə üçün İstanbula gətirilən fələstinli fotojurnalist Əşref Əbu Əmranı Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında ziyarət edib.
Əbu Əmranın səhhəti ilə bağlı məlumat alan İsmayıl Heniyye ona tezliklə sağalmasını arzulayıb.
İsmayıl Haniyyə deyib:“Qəzza zolağında keçirilən nümayişlər zamanı vəzifəsini yerinə yetirərkən yaralanan Əşrəf Əbu Əmrənı qəbul edib ona tibbi yardım edən Türkiye və Anadolu Agentliyinə minnətdarlığımı və təşəkkürümü bildirirəm”.
İsrail ordusunun beynəlxalq hüquq normalarını pozmağa davam etdiyini ifadə edən İsmayıl Haniyə deyib: "İsrailin hücumları nəticəsində çox sayda media işçisi və jurnalist şəhid oldu və yaralandı. Bu onu göstərir ki, media nümayəndələrinin dünyaya təqdim etdiyi həqiqətlər İsraili narahat edir''.
"Jurnalist qardaşımız Əşrefin səhhəti yaxşıdır, əhval-ruhiyyəsi də yüksək idi. Onun vəziyyətini izləyən bütün tibb işçilərinə və Türkiyedəki qardaşlarımıza təşəkkür edirəm" deyən İsmayıl Haniyə Qəzza zolağında nümayiş keçirən fələstinliləri qürurla salamladığını bildirib.
Әlaqәli Xәbәrlәr

BMT ''Qlobal yol xəritəsi''nin hazırlanması prosesinə başladı
Birləşmiş Millətlər Təşkilatı (BMT) aclığa son qoymaq üçün “qlobal yol xəritəsi” prosesini başladıb.