İngiltərə cəsədi tələb olunan şahzadənin saçını Efiopiyaya göndərdi

İngiltərə 144 il əvvəl vəfat edən Efiopiya şahzadəsinin cəsədi əvəzinə Efiopiya hökumətinə saçını təhvil verib.

2041224
İngiltərə cəsədi tələb olunan şahzadənin saçını Efiopiyaya göndərdi

İngiltərə 144 il əvvəl vəfat edən Efiopiya şahzadəsinin cəsədi əvəzinə Efiopiya hökumətinə saçını təhvil verib.

Efiopiya Xəbər Agentliyinin (ENA) yaydığı məlumata görə, 1868-ci ildə 7 yaşlı şahzadə Alemayehunu qaçıran ingilislər İngiltərədə 144 il əvvəl dünyasını dəyişən şahzadənin saçını geri qaytarıblar.

Efiopiyadan imperiyaya aid bir çox tarixi əsəri qaçaqmalçılıq yolu ilə ölkədən çıxaran İngiltərə, dəfələrlə tələb olunan cəsədin əvəzinə şahzadənin saçını bir fond vasitəsilə Efiopiyaya təhvil verib.

18 yaşına qədər İngiltərədə yaşayan və orada vəfat edən şahzadə Alemayehu ingilislərə qarşı müharibədə məğlub olduqdan sonra intihar edən İmperator Tevodrosun oğludur.



Әlaqәli Xәbәrlәr