Avropa İttifaqı BMT-də islahatların aparılmasına çağırıb

Mişel BMT sistemində başda veto hüququ olmaqla təmsil əskikliği və regional təşkilatların artan rolu ilə islahatların aparılmasının vacibliyini vurğulayıb.

2040668
Avropa İttifaqı BMT-də islahatların aparılmasına çağırıb

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel BMT sistemində başda veto hüququ olmaqla təmsil əskikliği və regional təşkilatların artan rolu ilə islahatların aparılmasının vacibliyini vurğulayıb.
Mişel BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında deyib: "Bu gün BMT sistemi dalana dirənib və düşmən qüvvələr tərəfindən bloklanıb. Biz çoxtərəfli əməkdaşlığı bərpa etməliyik.

Veto hüququ indiki formada sui-istifadəyə açıqdır. Bu, BMT Təhlükəsizlik Şurasını zəiflədir. Şuranın daimi üzvlərindən biri Nizamnaməmizi və beynəlxalq hüququ açıq şəkildə poza bilər. Onun sanksiyalara veto hüququna malik olması isə daha şokedicidir".

Mişel vurğulayıb ki, Aİ "kütləvi vəhşilik" hallarında veto hüququnu məhdudlaşdırmaq məqsədi daşıyan Fransa və Meksikanın təşəbbüsünü dəstəkləyir.

Aİ Şurasının sədri, "Mən inanıram ki, çoxluğun qərar verməsi ilə veto hüququndan "mötədil və çevik" istifadəni birləşdirən bir mexanizm yaratmalıyıq" deyib.

BMT Təhlükəsizlik Şurasının mövcud dünya nizamını əks etdirmədiyini deyən Mişel bir çox regionların ümumiyyətlə təmsil olunmadığına diqqət çəkib

BMT-nin legitimliyini artıracaq amillərdən birinin də regional təşkilatların daxil olması olacağını vurğulayan Mişel "Onların daxil olması məhsuldar bir dövr yaradacaq. Bu, regional təşkilatları daha çox əməkdaşlığa sövq edərək, sabitliyinə töhfə verəcək" deyib.

Aİ Şurasının sədri Mişel qeyd edib ki, tezliklə Aİ, Afrika İttifaqı, Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyi (CELAC) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında BMT katibinin iştirakı ilə sammit təşkil etməyə çalışacaq.



Әlaqәli Xәbәrlәr