Liviyaya çatan humanitar yardımlar
İndiyədək 24 ölkədən ümumilikdə 59 yardım təyyarəsi humanitar yardım üçün Liviyanın şərqindəki seldən zərər çəkənlərə çatıb.

İndiyədək 24 ölkədən ümumilikdə 59 yardım təyyarəsi humanitar yardım üçün Liviyanın şərqindəki seldən zərər çəkənlərə çatıb.
Liviya Milli Birlik Hökumətinə (UBH) bağlı "Hökumətimiz" adlı "Facebook" səhifəsində paylaşım edilən mətbuat açıqlamasında ölkəyə 24 ölkədən yardım gəldiyi, ümumilikdə 59 təyyarə və 6 humanitar yardım gəmisinin ölkəyə çatdığı qeyd edilib.
"Son olaraq Türkiyenin Qızıl Aypara Cəmiyyəti 150 tondan çox müxtəlif yardım materialları çatdırıb" məlumatının yer aldığı paylaşımda Səudiyyə Ərəbistanından 90 ton ərzaq və sığınacaq materialı daşıyan 5-ci, Küveytdən isə 10 ton ərzaq və təcili yardım materialı daşıyan 7-ci təyyarənin ölkəyə gəldiyi bildirilib.
Liviyaya yardım aparan digər ölkələrlə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel fırtınası” sentyabrın 10-da Liviyanın şərqindəki Benqazi, Beyda, Merc, Suse və Derne şəhərlərində daşqınlara səbəb olub.
Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe 11 sentyabrda daşqın səbəbilə ölkə daxilində 3 günlük matəm elan edib və Liviya Prezident Şurası daşqından zərər çəkmiş bölgələr üçün qardaş ölkələrə və beynəlxalq qurumlara yardım çağırışı edib.
Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Jasareviç sentyabrın 20-də Liviyada seldə 3 min 998 adamın həyatını itirdiyini, 8-9 min adamın isə hələ də itkin olduğunu açıqlayıb.
Әlaqәli Xәbәrlәr

“Qəzzada Fələstinin hakimiyyəti olmayacaq”, B.Netanyahu
B.Netanyahu Qəzzaya hücumlardan sonra İsrailin planları barədə ABŞ-ı məlumatlandırıb ...