“Ukrayna Keniyanın Mombasa limanında taxıl mərkəzi quracaq”, V.Ruto

“X” sosial media platformasında verdiyi açıqlamada Keniya prezidenti bildirib ...

2040083
“Ukrayna Keniyanın Mombasa limanında taxıl mərkəzi quracaq”, V.Ruto

 

  Keniya prezidenti Vilyam Ruto Ukraynanın Afrikanın şərqindəki ərzaq problemini həll etmək üçün Mombasa limanında taxıl mərkəzi quracaqlarını açıqladı.

  Ukrayna prezidenti Volodimir Zelenski və V.Ruto Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində ABŞ-ın Nyu-York şəhərində görüşüblər.

  “X” sosial media platformasında verdiyi açıqlamada Keniya prezidenti bildirib: “Ukrayna Afrikanın şərqindəki təcili ərzaq ehtiyaclarını ödəmək üçün Mombasa limanında taxıl mərkəzi quracağına söz verdi. Ölkəmizin iztirabları yüngülləşdirmək və dağıntıları dayandırmaq üçün Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllini dəstəkləyirik”.

  Qeyd edək ki, Afrikanın 25 ölkəsi hər il buğda idxalının üçdə birindən çoxunu Rusiya və Ukraynadan idxal edir. Rusiya-Ukrayna müharibəsi başlayandan (2022-ci ilin fevralı) ərzaq qiymətlərinin artması səbəbindən çətin günlər yaşayan Afrika dövlətləri iki ölkə arasında sülhün əldə edilməsi üçün çalışırlar.

  Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd Qara dəniz Taxıl Dəhlizi Sazişinin dayandırılmasından təəssüfləndiyini bildirib və tərəfləri razılaşmanı davam etdirməyə çağırıb.



Әlaqәli Xәbәrlәr