Əbdülhəmid Dibeybe BMT Baş Assambleyasının 78-ci sessiyasına qatılmayacaq
Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybenin ölkənin şərqində baş verən daşqınlar səbəbindən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyasına qatıla bilməyəcəyi bildirilib.
Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybenin ölkənin şərqində baş verən daşqınlar səbəbindən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyasına qatıla bilməyəcəyi bildirilib.
Bu barədə Liviya Milli Birlik Hökumətinə tabe olan “Hökumətimiz” adlı platformada edilən paylaşımda bildirilib. Paylaşımda Liviyanın BMT-dəki daimi nümayəndəsi Tahir əs-Sünniyə ünvanlanan məktubda məsələ ilə bağlı məlumat verildiyi qeyd olunub.
Məktubda ölkədə baş verən hadisələrə görə Dibeybenin BMT Baş Assambleyasının 78-ci sessiyasına qatıla bilməyəcəyi bildirilib və ondan bu vəziyyətlə bağlı BMT baş katibinə məlumat verməsi istənilib.
BMT Baş Assambleyasının 78-ci sessiyasının sentyabrın 19-da Nyu-Yorkda işə başlaması və 6 gün davam etməsi gözlənilir.
Sentyabrın 10-da mərkəzi Aralıq dənizində tüğyan edən və Liviyanın şərqində həyatı iflic edən "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Liviya Milli Birlik Hökuməti daşqınlar nəticəsində 6 min adamın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.