Nigerdə BMT və QHT-nın fəaliyyəti müvəqqəti dayandırılıb
Nigerdə hərbi administrasiya Birləşmiş Millətlər Təşkilatının (BMT) və qeyri-hökumət təşkilatlarının (QHT) "hərbi zonalar"dakı fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Nigerdə hərbi administrasiya Birləşmiş Millətlər Təşkilatının (BMT) və qeyri-hökumət təşkilatlarının (QHT) "hərbi zonalar"dakı fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Niger Daxili İşlər Nazirliyindən verilən bəyanatda BMT və ölkədə fəaliyyət göstərən QHT-lərin işi ilə bağlı məlumatlar verilib.
Bəyanatda qeyd olunub ki, adıçəkilən qurum və təşkilatlara hərbi zonalarda iş görmək qadağan edilib.
Təhlükəsizlik tədbirləri səbəbindən qadağan olunmuş ərazilərin harada olduğu ilə bağlı heç bir məlumat verilməyib.
Digər tərəfdən, daxili uçuşların bərpa olunduğu, lakin quru və dəniz sərhədlərinin bağlı qalacağı açıqlanıb.
Әlaqәli Xәbәrlәr
Qəzza zolağında ölənlərin ümumi sayı
İsrailin 465 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 46 min 645-ə yüksəlib.