Dünya üzrə möhtac insanların sayı

Böyük Britaniyada yerləşən "İnkişaf təşəbbüsləri" qurumu tərəfindən hazırlanan 20 iyun 2023-cü il tarixli Qlobal Humanitar Yardım hesabatında 2022-ci ildə humanitar böhranın dünya səviyyəsində dərinləşdiyi bildirilib

2026487
Dünya üzrə möhtac insanların sayı

 

  Dünyada ehtiyacı olan insanların sayı 2022-ci ildəki 324,3 milyondan 2023-cü ilin avqustuna qədər 363,3 milyona yüksəlib.

  Böyük Britaniyada yerləşən "İnkişaf təşəbbüsləri" qurumu tərəfindən hazırlanan 20 iyun 2023-cü il tarixli Qlobal Humanitar Yardım hesabatında 2022-ci ildə humanitar böhranın dünya səviyyəsində dərinləşdiyi bildirilib.

  Hesabata görə, humanitar yardıma ehtiyacı olan insanların dörddə üçü münaqişə, iqlim böhranı və ya sosial-iqtisadi zəiflik faktorlarından ən azı ikisinin təsirinə məruz qalır.

  Bildirilir ki, humanitar yardıma ehtiyacın artmasının əsas səbəblərindən ikisi ərzaq böhranı və məcburi miqrasiyadır.

  Son 2 ildə 60 ölkədən təxminən 265,7 milyon insanın kəskin qida çatışmazlığından əziyyət çəkdiyi müəyyən edilib.

  İqlim dəyişikliyi isə 236,7 milyon insana mənfi təsir göstərir.

  Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi, Pakistan və Şərqi Afrikadakı iqlim dəyişikliyi böhranı, yeni növ koronavirus (Covid-19) epidemiyasının sosial-iqtisadi təsirləri humanitar yardım hərəkətlərinin əhəmiyyətini artırıb.

  BMT-nin Humanitar Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, 2021-ci ildə 255,1 milyon insanın humanitar yardıma ehtiyacı olduğu halda, bu rəqəm 2022-ci ildə 324,3 milyona, 2023-cü ilin 8-ci ayında isə 363,3 milyona yüksəlib.

  Əfqanıstan, Efiopiya, Konqo Demokratik Respublikası, Sudan, Yəmən, Pakistan, Myanma, Ukrayna, Suriya və Cənubi Sudan ən çox humanitar yardıma ehtiyacı olan 10 ölkə olaraq müəyyən edilib.

  Qeyd edək ki, 2008-ci ildə BMT Baş Assambleyasının qərarı ilə İraqın paytaxtı Bağdadda baş verən bombalı hücumda aralarında Birləşmiş Millətlər Təşkilatının İraq üzrə xüsusi nümayəndəsi Sergio Vieira de Mello da daxil olmaqla 22 yardım işçisi həlak olub. Onların xatirəsinə 2003-cü ildə 19 avqust Ümumdünya Humanitar Yardım Günü elan edilib.



Әlaqәli Xәbәrlәr