Cənubi Koreya və ABŞ mümkün epidemiyalara qarşı əməkdaşlıq edəcəklər

Cənubi Koreya və Amerika Birləşmiş Ştatları (ABŞ) mümkün epidemiyalara hazırlaşmaq üçün birlikdə çalışacaqlar.

2023375
Cənubi Koreya və ABŞ mümkün epidemiyalara qarşı əməkdaşlıq edəcəklər

Cənubi Koreya və Amerika Birləşmiş Ştatları (ABŞ) mümkün epidemiyalara hazırlaşmaq üçün birlikdə çalışacaqlar.

''Korea Biomedical Review''un yaydığı xəbərə görə, Cənubi Koreya Milli Yoluxucu Xəstəliklər İnstitutu (NIID) mümkün yoluxucu xəstəliklərə hazırlıq məqsədilə ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu (NIAID) ilə əməkdaşlıq edərək klinik tədqiqatlara başladığını açıqlayıb.

“STRIVE” adlı klinik sınaqda ilk olaraq yeni növ koronavirus (Covid-19) xəstələri üçün yeni hazırlanmış virus əleyhinə və immunomodulyator dərmanların sınaqdan keçirilməsi planlaşdırılır.

Yerli xəstəxanalar və tədqiqatçılar ''STRIVE''-ın klinik sınaqlarında iştirak edə biləcəklər.

Cənubi Koreya Milli Yoluxucu Xəstəliklər İnstitututunun direktoru Jang Hee-chang dedi: "Biz yoluxucu xəstəliklər üçün yeni müalicə üsullarını inkişaf etdirmək və NIAID ilə  yoluxucu xəstəliklərə cavab vermək qabiliyyətimizi gücləndirmək üçün dünyanın əsas klinik tədqiqat mərkəzləri ilə əməkdaşlığımızı davam etdirəcəyik''.



Әlaqәli Xәbәrlәr