BMT: "Müqəddəs kitablara qarşı zorakılıq beynəlxalq hüququn pozulması hesab olunacaq"

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dinlərarası dialoqu təşviq etmək üçün qətnamə qəbul edib.

2016012
BMT: "Müqəddəs kitablara qarşı zorakılıq beynəlxalq hüququn pozulması hesab olunacaq"

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dinlərarası dialoqu təşviq etmək üçün qətnamə qəbul edib.

BMT Baş Assambleyası Mərakeş tərəfindən təqdim edilən dini inancları səbəbindən şəxslərə və müqəddəs kitablar ilə dini məkanlara yönəldilmiş hər növ zorakılığı beynəlxalq hüququn pozulması hesab edən qərar qətnaməni yekdilliklə qəbul edib.

Bildirib ki, qətnamədə müqəddəs kitablara qarşı hər hansı bir təhqir qəti şəkildə pislənilir və beynəlxalq hüququn pozulması hesab olunur.

Dialoqu təşviq etmək və nifrət nitqinə qarşı mübarizə məqsədi daşıyan sənəddə BMT ölkələrinin insanlara qarşı dini zəmində hücumları, habelə onların dini simvollarına, müqəddəs kitablarına, evlərinə, bizneslərinə, əmlaklarına, məktəblərə, mədəniyyət mərkəzlərinə qarşı yönəlmiş analoji hərəkətləri beynəlxalq hüquq normalarını pozaraq kəskin şəkildə pislədiyi ifadəsi yer alıb.

Xatırladaq ki, daha əvvəl də Qurana qarşı təhqirlərə səhnə olan İsveçdə son olaraq Stokholmdə İraq əsilli Salvan Momika 28 iyun Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında polisin nəzarətində Qurani-Kərimi yandırıb.

Momika iyulun 20-də də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını təhqir edib.

Danimarkada isə iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quran yandıran qrup, iyulun 24-də növbə ilə İran və İraq səfirlikləri qarşısında Quranı yandırıb.

Qrup daha əvvəl Türkiyenin Kopenhagendəki səfirliyi qarşısında Türk bayrağına və Qurana hücum edərək İslamı təhqir edib.

Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri iyulun 25-də Misirin, daha sonra Türkiyenin Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar.



Әlaqәli Xәbәrlәr