2022-ci ildə aclıqla üzləşən insanların sayı

Birləşmiş Millətlər Təşkilatının qurumlarının birgə hazırladığı "UN 2023 World Food Security” (SOFİ) hesabatı yayınlanıb

2010853
2022-ci ildə aclıqla üzləşən insanların sayı

 

  2022-ci ildə dünyada aclıqla üzləşən insanların orta hesabla sayının 735 milyon nəfər olduğu bildirilir.

  İtaliyanın paytaxtı Romada yerləşən Birləşmiş Millətlər Təşkilatının qurumları - Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə hazırladığı "UN 2023 World Food Security” (SOFİ) hesabatı yayınlanıb.

  BMT-nin baş katibi Antonio Quterreş hesabatın təqdimat iclasına “Heç kim ac qalmamalıdır” vurğulu video-mesaj göndərib.

  Hesabatda yazılana görə, “Covid-19” epidemiyası, Ukraynadakı müharibə və iqlim kimi çoxsaylı böhranların təsiri ilə 2019-cu ildən bəri aclıqla üzləşən insanların sayı təxminən 122 milyon nəfər olub.

  2022-ci ildə dünyada 691-783 milyon adam aclıqla mübarizə aparıb, orta rəqəm isə 735 milyon olaraq hesablanıb.

  Qlobal aclıq rəqəmləri 2021-2022-ci illər arasında durğun qalsa da, dünyada dərinləşən qida böhranı ilə üzləşən bir çox yer var.

  Asiya və Latın Amerikasında aclığın azaldılmasında irəliləyiş müşahidə olunub. Lakin 2022-ci ildə Qərbi Asiya, Karib hövzəsi və Afrikanın bütün alt regionlarında aclıq hələ də artmaqdadır. Afrika aclıqdan ən çox təsirlənən region olaraq qalır.

  Mövcud tendensiya davam edərsə, “2030-cu il üçün dayanıqlı inkişaf məqsədləri”ndə qarşıya qoyulan “Aclığa son qoymaq” hədəfinə nail olunmayacaq.



Әlaqәli Xәbәrlәr