Vladimir Putin Soçidə Aleksandr Lukaşenko ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Belarusa Rusiyanın taktiki nüvə silahlarının iyulun 7-8-dən sonra yerləşdirilməyə başlayacağını bildirib.

1997789
Vladimir Putin Soçidə Aleksandr Lukaşenko ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Belarusa Rusiyanın taktiki nüvə silahlarının iyulun 7-8-dən sonra yerləşdirilməyə başlayacağını bildirib.

Vladimir Putin Soçidə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Putin görüşdən əvvəl etdiyi çıxışda təhlükəsizlik və iqtisadi məsələləri müzakirə edəcəklərini qeyd edib.

Bu istiqamətdə əlaqələrin kifayət qədər yaxşı inkişaf etdiyinə diqqət çəkən Vladimir Putin təhlükəsizlik sahəsində inkişafın sabit və hətta yaxşı olduğunu bildirib.

İki ölkənin təhlükəsizlik sahəsində yaxşı əməkdaşlıq etdiyinə diqqət çəkən Vladimir Putin daha əvvəl Belarusa göndəriləcəyini açıqladığı taktiki nüvə silahlarına toxunaraq deyib:
"Razılaşdığımız ən həssas məsələlər üzrə hər şey planlaşdırıldığı kimi gedir. İyulun 7-8-də müvafiq obyektlərin hazırlıq işləri başa çatacaq və biz Belarusda müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı tədbirlərə dərhal başlayacağıq. Deməli, hər şey plana uyğun şəkildə irəliləyir, hər şey stabildir”.
Vladimir Putin mart ayında verdiyi açıqlamada NATO-nun başqa ölkələrdə taktiki nüvə silahı yerləşdirdiyini və Rusiyanın da sözügedən silahı Belarusda yerləşdirəcəyini açıqlamışdı.
Vladimir Putin yüksək dəqiqlikli “İsgəndər” raket sistemlərini Belarusa təhvil verdiklərini xatırladaraq bu sistemlərin taktiki nüvə silahları ilə təchiz ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr