Valeri Qerasimov və Liu Cınli arasında görüş olub

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov Çin Silahlı Qüvvələrinin  Baş Qərargah rəisi Liu Cınli ilə görüşüb.

1997777
Valeri Qerasimov və Liu Cınli arasında görüş olub

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov Çin Silahlı Qüvvələrinin  Baş Qərargah rəisi Liu Cınli ilə görüşüb.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Qerasimov videokonfrans vasitəsilə baş tutan görüşdə çinli həmkarı Liunu yeni vəzifəsi münasibətilə təbrik edib və iki ölkə arasında hərbi əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

Çinin dövlət başçısı Si Cinpinin vəzifəyə yenidən gəldiktən sonra  sonra ilk xarici səfərini Rusiyaya etdiyini və prezident Vladimir Putinlə görüşdüyünü xatırladan Gerasimov iki liderin görüşünün Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın ən yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayıb.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov deyib:
"Dünyada baş verən hadisələr fonunda qəbul edilən qərarlar dövlət başçılarımızın birgə bəyanatında qeyd olunan milli inkişaf və təhlükəsizlik sahəsində uzunmüddətli hədəfləri, o cümlədən hərbi əməkdaşlığın dərinləşdirilməsi məsələlərini formalaşdırır. Rusiya və Çinin beynəlxalq arenada göstərdiyi səylər dünyakı vəziyyətə sabitləşdirici təsir göstərir”.



Әlaqәli Xәbәrlәr