Netanyahu ilə Blinken arasında telefon danışığı olub
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Blinkenlə telefon danışığı aparıb ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Blinkenlə telefon danışığı aparıb
ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
Dövlət Departamentinin sözçüsü Metyu Miller tərəfindən verilən yazılı açıqlamada ikitərəfli görüşdə ortaq maraqların müzakirə edildiyi bildirilib.
Açıqlamada “Dövlət katibi və baş nazir region ölkələri ilə qarşılıqlı maraq doğuran sahələri, o cümlədən normallaşma yolu ilə İsrailin Orta Şərqə inteqrasiyasının genişləndirilməsi və dərinləşdirilməsini müzakirə ediblər” deyilib.
Açıqlamada Blinken bildirib ki, Akabe və Şarm əl-Şeyxdə keçirilən regional görüşlərdə iki dövlətli həll ümidlərini sarsıdan tədbirlərdən qaçmaq üçün götürülən öhdəliklər yerinə yetirilməlidir. Ayrıca İranın ortaya qoyduğu təhdidlər ilə ABŞ-ın İsrailin təhlükəsizliyinə olan marağı müzakirə olunub.
Әlaqәli Xәbәrlәr

ABŞ 14 mindən çox Əfqanıstan vətəndaşına müvəqqəti qoruma statusu verəcək
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi dünən əfqan qaçqınlarla bağlı açıqlama verib.