Şahbaz Şərif : ''Pakistan Türkiye ilə əməkdaşlığı gücləndirmək istəyir''

Pakistanın baş naziri Şahbaz Şərif Türkiye ilə ticarət, investisiya, ali təhsil, turizm və infrastruktur sahələrində əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bildirib.

1996814

''Radio Pakistan''nın yaydığı məlumata əsasən, Baş nazir Şahbaz Şərif Türkiyenin Pakistandakı səfiri  Mehmet Paçacını qəbul edib.
Şahbaz Şərif  görüş zamanı Türkiye  ilə ticarət, investisiya, ali təhsil, turizm və infrastruktur  sahələrində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.
Şahbaz Şərif Türkiye ilə Pakistanın ortaq inanc və qarşılıqlı hörmətə əsaslanan uzunmüddətli tarixi əlaqələrinin olduğunu, iki ölkə xalqının bir-birinə böyük hörmət bəslədiyini vurğulayıb.
Türkiyeyə səfəri zamanı investisiya şirkətləri ilə keçirdiyi görüşə də toxunan Şahbaz Şərif deyib: "Hazırda Pakistanda xarici sərmayələr üçün ən yaxşı zamandır və Türk şirkətlərinin bu mövzuya olan marağını alqışlayırıq''.
Pakistanın Baş naziri qonaqpərvərliyə görə prezident Rəcəb Tayyib Ərdoğana və Türkiye hökumətinə təşəkkür edib.
Xatırladaq ki, Şahbaz Şərif Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün 3-4 iyun tarixlərində Türkiyeyə səfər etmişdi.

Әlaqәli Xәbәrlәr