Rusiya MN: ''Ukrayna Tolyatti-Odessa ammonyak boru kəmərini vurdu''

Rusiya Müdafiə Nazirliyi Ukraynanın təxribat-kəşfiyyat qrupunun Xarkov vilayəti yaxınlığındakı Tolyatti-Odessa ammonyak boru kəmərini vurduğunu açıqlayıb.

1996775

Rusiya Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib ki, Xarkov vilayətinin Masyutovka qəsəbəsi yaxınlığından keçən boru kəməri iyunun 5-də Moskva vaxtı ilə saat 21.00-da vurulub.
Bəyanatda deyilir: "Ukraynanın təxribat-kəşfiyyat qrupu Xarkov vilayəti yaxınlığındakı Tolyatti-Odessa ammonyak boru kəmərini hədəf alıb. Bu terror aktı nəticəsində  zərərçəkənlər olub. Bu şəxslərə lazımi tibbi yardım göstərilib ''.
Mövzu ilə bağlı bəyanat verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova boru kəməri ilə bağlı təmir işlərinin 1-3 ay davam edə biləcəyini bildirib.

Әlaqәli Xәbәrlәr