Bu qitədə əhalinin sürətlə artması ilə əlaqədar plastikdən istifadə artıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabatında bildirilir...

1996135
Bu qitədə əhalinin sürətlə artması ilə əlaqədar plastikdən istifadə artıb

 

  Afrika ölkələrində əhali və urbanizasiyanın sürətlə artması ilə əlaqədar plastikdən istifadə artıb.

  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabatında bildirilir: “ÜST-ün Afrika Regional Mərkəzi və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) plastikin insanlara və ətraf mühitə mənfi təsirini azaltmaq üçün Afrika ölkələrinin yerli proqramlarını birgə dəstəkləyəcək.

  Afrika qitəsi dünya plastik ehtiyatlarının 5 faizini istehsal və yalnız 4 faizini istifadə etməsinə baxmayaraq, son illərdə artan əhali və urbanizasiya səbəbiylə qitədə birdəfəlik plastik istifadəsi də çoxalıb.

  Dünyanın ən az plastik istifadə edən bölgələrindən biri olmasına baxmayaraq, qitədə plastik zibillərin yandırılması və lazımi qaydada utilizasiya edilməməsi üzündən ekoloji və sağlamlıq problemləri artıb. Afrikada hər hansı plastik emal mərkəzinin olmaması qitədə kənd təsərrüfatı sahələri və suyun çirklənməsinə səbəb olur”.

 



Әlaqәli Xәbәrlәr