7 ildən sonra İranın bu ölkədə səfirliyi yenidən fəaliyyətə başladı

İran dövlət televiziyasının məlumatına görə...

1996594
7 ildən sonra İranın bu ölkədə səfirliyi yenidən fəaliyyətə başladı

 

  İranın Ər-Riyaddakı Səudiyyə Ərəbistan Səfirliyi 7 ildən sonra yenidən fəaliyyətə başladı.

  İran dövlət televiziyasının məlumatına görə, İranın Səudiyyə Ərəbistanı Səfirliyinin açılış mərasimində xarici işlər nazirinin müavini Əli Rza Biqdeli də iştirak edib.

  Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq”da ittiham olunaraq edam olunmuşdu. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binası yandırıldı. Bu hücumlardan sonra Səudiyyə Ərəbistanı hökuməti yanvarın 3-də İranla diplomatik əlaqələri kəsdiyini elan etdi.

  Rəsmi Ər-Riyad və Tehran nümayəndələri 7 illik fasilədən sonra 2023-cü il martın 10-da Pekində Çin rəsmiləri vasitəsilə iki ay ərzində diplomatik əlaqələrin bərpası ilə bağlı danışıblar. Sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və səudiyyəli həmkarı Feysəl ibn Fərhan aprelin 6-da Pekində görüşüblər və iki ölkənin səfirliklərinin açılması, uçuşların bərpası və vizaların sadələşdirilməsi barədə razılığa gəliblər.

  İran mayın 23-də xarici işlər nazirinin müavini Əli Rza Ənayətinin Səudiyyə Ərəbistanı səfiri təyin edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr