Vyaçeslav Qladkov:''Ukrayna ordusu Belqoroda hücum etdi''

Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə hücumu nəticəsində 5 nəfərin öldüyü açıqlanıb.

1994846
Vyaçeslav Qladkov:''Ukrayna ordusu Belqoroda hücum etdi''

Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə hücumu nəticəsində 5 nəfərin öldüyü açıqlanıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov rəsmi internet səhifəsində etdiyi paylaşımda Ukrayna Silahlı Qüvvələrinin Sobolyevka kəndindəki yaşayış məntəqələrinin yerləşdiyi bölgəni “Qrad” raketi ilə vurduğunu bildirib.

Vyaçeslav Qladkov deyib: “İlkin məlumatlara görə, üç nəfər həyatını itirib. Şebekino inzibati bölgəsinə edilən hücumda isə 2 nəfər həyatını itirib. Hücumlar zamanı bu insanlar evlərinin həyətində olublar. Hücum nəticəsində xəsarət alaraq həyatlarını itiriblər''.

Hücumlardan sonra 2-si uşaq olmaqla 7 nəfərin yaralandığını bildirən Vyaçeslav Qladkov bəzi evlərə və digər tikililərə maddi ziyanın dəydiyini bildirib.

Vyaçeslav Qladkov dünən Ukrayna qüvvələrinin hücumu nəticəsində bölgədə 2 nəfərin öldüyünü açıqlayıb.

Ukrayna qüvvələri son vaxtlar Rusiya-Ukrayna sərhədində yerləşən Belqorod vilayətini hədəf alır. Rusiya Ukrayna qüvvələrinin hərəkətlərini “terror hücumu” adlandırır.

Ukrayna ordusunun  reaktiv yaylım atəşi sistemi ilə həyata keçirdiyi hücumları səbəbindən bölgədə müvəqqəti təxliyyə mərkəzi yaradılıb və sərhəd bölgəsinə yaxın yaşayış məntəqələrində yaşayan yüzlərlə insan bu mərkəzlərə yerləşdirilib.



Әlaqәli Xәbәrlәr