Toyota: “ Bəzi müştərilərin məlumatlarının sızdığı ehtima edilir”

Toyota Motor bildirdi ki, səhv bulud hesablama parametrləri səbəbindən Asiya və Okeaniya bölgələrində müştərilərin şəxsi məlumatları sızmış ola bilər.

1994459
Toyota: “ Bəzi müştərilərin məlumatlarının sızdığı ehtima edilir”

Yapon avtomobil istehsalçısı Toyota-nın açıqlamasına görə, səhv bulud hesablama parametrlərinin səbəb olduğu problemin bir hissəsi olaraq, müəyyən edilməmiş sayda müştərinin adı, telefonu, ünvanı və avtomobil ilə bağlı məlumatlarının sızdığı ehtimal edilir. Açıqlamada qeyd edilib ki, indiyə qədər sızan müştəri məlumatlarından üçüncü tərəfin istifadəsinə dair heç bir dəlil yoxdur. Mayın əvvəlində Yaponiya şirkəti 2 milyondan çox Toyota müştərisinin avtomobil məlumatlarının oxşar problemə görə ictimaiyyətə sızdığını açıqlamışdı.

 

 



Әlaqәli Xәbәrlәr