Fransa Türkiye ilə münasibətlərini inkişaf etdirmək istəyir
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Anne-Kler Legendre növbəti mətbuat konfransunda danışıb.

Jurnalistlərin sullarını cavablandıran sözçü deyib: “Prezident Emmanuel Makron 28 mayda keçirilən seçlilərdə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğana Türk və fransız dillərində təbrik məktubu ünvanlayıb. Həmçinin telefon edərək şifahi təbrik edib. Bu da prezident Makronun Fransa ilə Türkiye arasında münasibətləri yaxşılaşdırmaq arzusunun göstəricisidir. Makron iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsini istədiyini cənab prezident Ərdoğanla telefon danışığında vurğulayıb v ə Fransa ilə Türkiyenin Avropaya sülhün qaytarılması, Avro-Atlantik ittifaqın gələcəyi və Aralıq dənizindəki problemlər kimi birlikdə öhdəsindən gəlməli olan ciddi məsələlərin olduğunu bəyan edib”.
Legendrenin sözlərinə görə iki lider yaxın vaxta bir araya gəlmək mövzusunda razılaşıb.
Әlaqәli Xәbәrlәr

Misirdə prezident seçkiləri dekabrda olacaq
Bu barədə Misir Mərkəzi Seçki Komissiyasının sədri Valid Həmzə məlumat verib