Sudanda qarşıdurmalar davam edir

Sudanın paytaxtı Xartumun cənubunda güclü bombardmanlar nəticəsində 17 nəfər ölüb.

1993988
Sudanda qarşıdurmalar davam edir

Sudan Həkimlər Birliyindən verilən açıqlamada Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında 47 gündür davam edən toqquşmalar nəticəsində paytaxtın cənubundakı Mayo bölgəsinin intensiv bombardman edildiyi, hücumlarda daha 17 nəfərin öldüyü, 36-sı ağır olmaqla 106 nəfərin yaralandığı bildirilib.

Sudan Mülki Aviasiya İdarəsi isə, humanitar yardım və evakuasiya uçuşları istisna olmaqla, hava məkanının bağlanması qərarının iyunun 15-dək uzadıldığını açıqlayıb.

Qeyd edək ki, Aprelin ortalarında ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən daxili qarşıdurmadan sonra Sudan hava məkanı müntəzəm hava nəqliyyatı üçün bağlanıb.



Әlaqәli Xәbәrlәr