Emmanuel Makron Kosovonun şimalında yaşanan gərginliyi qiymətləndirib

Fransa prezidenti Emmanuel Makron Kosovonun şimalındakı gərginliyə görə Kosovo hakimiyyət orqanlarının məsuliyyət daşıdığını bildirib.

1993709
Emmanuel Makron Kosovonun şimalında yaşanan gərginliyi qiymətləndirib

Fransa prezidenti Emmanuel Makron Kosovonun şimalındakı gərginliyə görə Kosovo hakimiyyət orqanlarının məsuliyyət daşıdığını bildirib.
Slovakiyanın paytaxtı Bratislavaya səfər edən Emmanuel Makron slovakiyalı həmkarı Zuzana Çaputova ilə birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransında çıxış edən Emmanuel Makron bildirib ki, səfər iki ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində həyata keçirilib.
Slovakiyanın Fransanın təhlükəsiz tərəfdaşı, Avropa İttifaqı (Aİ) və NATO-nun gözündə dost ölkə olduğunu ifadə edən Emmanuel Makron iki ölkənin 2008-ci ildən etibarən strateji tərəfdaş olduğunu bildirib.
Emmanuel Makron iki ölkə arasında 2027-ci ilə qədər davam edəcək fəaliyyət planı ilə əlaqədar razılıq əldə etdiklərini qeyd edib.
Slovakiyalı həmkarı ilə Ukrayna-Rusiya müharibəsi kontekstində Avropadakı təhlükəsizlik vəziyyətini müzakirə etdiyini ifadə edən Emmanuel Makron Slovakiyaya ukraynalılara göstərdiyi yardıma görə təşəkkür edib.

Fransa prezidenti Kosovonun şimalındakı gərginliyə görə yerli hakimiyyət orqanların məsuliyyət daşıdığını ifadə edərək hökumətin imzalanmış razılaşmalara və Avropa vasitəçiliyi ilə başladılan prosesə zidd hərəkət etdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr