Beynəlxalq Miqrasiya Təşkilatı Sudanla bağlı hesabat yayımladı

Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən qarşıdurmalardan sonra evlərini tərk edənlərin sayının 1,6 milyonu keçdiyini açıqlayıb.

1993699

Beynəlxalq Miqrasiya Təşkilatının yayımladığı hesabata görə, son 6 həftədə 1,2 milyon insan münaqişələr səbəbindən ölkə daxilində didərgin düşüb, 425 min nəfər isə qonşu ölkələrə sığınıb.
Misir, Liviya, Çad, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan və Efiopiyaya qaçanların 64 faizi sudanlıdır, 36 faizi isə əcnəbidir.
Ölkəni tərk edənlərin əksəriyyəti  Misir, Çad və Cənubi Sudana sığınıb.
Münaqişələr səbəbindən humanitar yardımın dayandığı ölkədə ərzaq, sığınacaq və tibbi ləvazimata ehtiyac var.
Dəfələrlə atəşkəs elan olunsa da, münaqişə tərəfləri müxtəlif bölgələrdə toqquşmaları davam etdirirlər.

Әlaqәli Xәbәrlәr