Sudanda atəşkəsin müddəti daha 5 gün uzadılıb

Sudan ordusu və xüsusi təyinatlı qüvvələr  imzaladıqları atəşkəs razılaşmasının daha 5 gün uzadılması barədə razılıq əldə ediblər.

1992741
Sudanda atəşkəsin müddəti daha 5 gün uzadılıb

Sudan ordusu və xüsusi təyinatlı qüvvələr  imzaladıqları atəşkəs razılaşmasının daha 5 gün uzadılması barədə razılıq əldə ediblər.

ABŞ-ın Xartum səfirliyinin sosial media hesabında edilən paylaşımda “Səudiyyə Ərəbistanı və ABŞ Sudan ordusu qüvvələri və xüsusi təyinatlılar atəşkəs razılaşmasını daha 5 gün uzatmasını alqışlayır”, - deyə bəyanatda qeyd olunub.

Atəşkəsin uzadılması qərarının daha çox humanitar yardım və əsas xidmətlərin göstərilməsinə və uzunmüddətli atəşkəsin müzakirəsinə vaxt verəcəyi bildirilib.

Bəyanatda mayın 20-də imzalanan atəşkəsin tam yerinə yetirilməsə də, ehtiyacı olan təxminən 1 milyon sudanlıya humanitar yardımın çatdırılmasını təmin etdiyi vurğulanıb.

Qeyd edək ki, tərəflər aprelin 15-dən bəri davam edən qarşıdurmaları dayandırmaq üçün ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə mayın 20-də bir həftəlik atəşkəs elan etdiklərini açıqlayıblar.

Atəşkəsin qüvvəyə minməsindən bir gün sonra ABŞ dövlət katibi Antoni Blinken son atəşkəsə əməl etməsələr, sudanlı generalların sanksiyalarla üzləşəcəkləri barədə xəbərdarlıq edib.

Ötən gecə saatlarında başa çatan atəşkəs zamanı qarşıdurma davam edib və hər iki tərəf bir-birini atəşkəsi pozmaqda günahlandırıb.



Әlaqәli Xәbәrlәr