Bayden və Putin Ərdoğana zəng edərək bir daha təbrik etdilər

ABŞ prezidenti Co Bayden prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu yenidən seçilməsi münasibətilə təbrik edib.

1992718
Bayden və Putin Ərdoğana zəng edərək bir daha təbrik etdilər
erdogan-putin.jpg
biden-erdogan.jpg

ABŞ prezidenti Co Bayden prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu yenidən seçilməsi münasibətilə təbrik edib.

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin  məlumatına görə, ABŞ prezidenti prezident Ərdoğanın seçkilərdəki uğurunu təbrik edib və nəticələrin türk xalqı üçün xeyirli olmasını arzulayıb.

Türkiye-ABŞ əlaqələrinin regional və qlobal çağırışlar qarşısında daha böyük əhəmiyyət kəsb etdiyini bildirən iki lider, yeni dövrdə iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın təkmilləşdirilməsi barədə razılığa gəliblər.

Ağ Evdən verilən yazılı açıqlamada, iki liderin Türkiye ilə ABŞ arasında "əməkdaşlığın gücləndirilməsi üçün yaxın tərəfdaşlar kimi" birlikdə işləməyə davam etməkdə birgə qərarlı olduqlarını ifadə etdikləri bildirilib.

Telefon danışığında ayrıca, NATO-nun iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitində “transatlantik təhlükəsizliyin gücləndirilməsi də daxil olmaqla regional və qlobal problemlərin həllinə hazır olmaq məsələsi müzakirə olunub" mövzusuna toxunulub.

Rusiya prezidenti Vladimir Putin də prezident Ərdoğana telefonla zəng edərək onu seçkidəki uğuru münasibətilə təbrik edib və seçki nəticələrinin türk xalqı üçün xeyirli olmasını arzulayıb.

İki lider yeni dövrdə Türkiye-Rusiya münasibətləri və regional məsələlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr