Dünya liderləri Ərdoğanı təbrik ediblər

Bir çox ölkənin liderləri prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qazandığı uğura görə təbrik ediblər.

1992275
Dünya liderləri Ərdoğanı təbrik ediblər

Bir çox ölkənin liderləri prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qazandığı uğura görə təbrik ediblər.

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar, Prezidentlik binasında təşkil edilən mətbuat konfransında Ərdoğanın uğurunun KKTC və Şərqi Aralıq dənizində sabitlik üçün əhəmiyyətli olduğunu ifadə edərək, “Ana vətən Türkiyedə keçirilən seçkidən sonra Cənab Ərdoğanın qələbəsi həmin zamanda KKTC-dəki iki dövlətli siyasətin də təsdiqi olmuşdur" deyib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 28-də Türkiya Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurub və onu prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev bu qalibiyyəti Türkiye xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin olduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyenin hərtərəfli inkişafı davam etdiriləcək.

Rusiya prezidenti Vladimir Putin prezident Ərdoğana seçkilərdə qazandığı uğur münasibətilə göndərdiyi mesajda bu uğurun Türkiye prezidenti olaraq Ərdoğanın fədakar səylərinin təbii nəticəsi olduğuna diqqət çəkərək, “Sizin qələbəniz türk xalqının dövlət suverenliyini gücləndirmək və müstəqil xarici siyasət yürütmək üçün göstərdiyi səylər onun dəstəyinin bariz göstəricisidir” deyib.

ABŞ prezidenti Cozef Bayden Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı təbrik edib.

Bu barədə Bayden tviterdə paylaşım edib:

“Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən ikitərəfli məsələlər və ümumi qlobal çağırışlar üzrə NATO müttəfiqimizlə birgə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm” - Bayden vurğulayıb.

Fransa prezidenti Emmanuel Makron Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanı "tviter" hesabından etdiyi paylaşımla təbrik edib. Avropaya sülhün qaytarılması, Avro-Atlantik ittifaq və Aralıq dənizinin gələcəyi kimi Fransa və Türkiyenin birlikdə aşacağı sınaqların olduğunu ifadə edən Makron “Yenidən seçilməsi münasibətilə prezident Ərdoğanı təbrik edirəm. İndi birgə məsələlərimizi yeni perspektivlə irəlilətmək istəyirik" ifadəsindən istifadə edib.  

Almaniya kansleri Olaf Şolz "tviter" hesabından etdiyi paylaşımda "Almaniya və Türkiye yaxın tərəfdaş və müttəfiqdir, bizim də güclü sosial və iqtisadi əlaqələrimiz var. Prezident Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirəm. İndi ortaq məsələlərimizi bu ölkə ilə irəli aparmaq istəyirik" deyib. 

Böyük Britaniyanın Baş naziri Rişi Sunak prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qazandığı qələbə münasibətilə təbrik edib və iki ölkənin güclü əməkdaşlığını davam etdirməyi səbirsizliklə gözlədiklərini bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edib və “Birgə işlərə davam edərək iyul ayında keçiriləcək NATO Zirvəsinə hazırlaşmağı səbirsizliklə gözləyirəm” deyib. 

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel sosial media mesajında ​​Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Aİ Komissiyasının sədri fon der Leyen də Ərdoğanı seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ali Seçki Şurasının müvəqqəti nəticələrinə görə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Digər tərəfdən, Qətər, Şimali Makedoniya, Norveç, İsveç, Ukrayna, Pakistan, Liviya, Əlcəzair, Seneqal, Fil Dişi, Serbiya, Türkmənistan, Özbəkistan, Macarıstan, Venesuela, İran Fələstin Albaniya, Kosovo, İraq, Somali, Gürcüstan, Livan, Tunis, Belarusiya, Sudan, İordaniya, Ermənistan, İsrail, Bosniya və Herseqovina, Moldova, Qvineya Bisau, Braziliya, Belçika, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Hollandiya, İtaliya, Malta, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Zambiya, Argentina, Paraqvay, Kuba, Boliviya, Ekvador, Qvatemala, Dominikan Respublikası, Kolumbiya, Meksika, Peru, El Salvador, Kosta Rika, Qırğızıstan prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qazandığı qələbəyə görə təbrik edib.



Әlaqәli Xәbәrlәr