Sergey Lavrov Ukrayna mövzusundakı mövqeyinə görə Çinə təşəkkür edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə Ukrayna böhranı mövzusunda nümayüş etdirdiyi  "balanslı" mövqeyinə görə təşəkkür edib.

1991466

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Lavrov ilə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui arasında  Moskvada baş tutan görüş qiymətləndirilib.
Görüşdə Ukrayna böhranının müzakirə edildiyi bildirilib. Açıqlamada bu ifadələrə yer verilib: ''Sergey Lavrov Çinin Ukrayna böhranı mövzusunda nümayüş etdirdiyi balanslı mövqeyinə görə Li Huinə təşəkkürünü bildirib və Pekinin böhranın həllində müsbət rol oynamağa hazır olmasını yüksək qiymətləndirib''.
Sergey Lavrovun rəsmi  Moskvanın Ukrayna böhranının siyasi və diplomatik yolla həll edilməsini istədiyini deyib.

Etiketlәr: #Rusiya , #Çin , #Ukrayna

Әlaqәli Xәbәrlәr