İngiltərəyə köç edənlərin sayı 600 mini keçərək rekord qırdı

Keçən il İngiltərəyə köç edənlərin sayının 606 min nəfərlə rekord səviyyəyə yüksəldiyi açıqlanıb.

1990996
İngiltərəyə köç edənlərin sayı 600 mini keçərək rekord qırdı

Keçən il İngiltərəyə köç edənlərin sayının 606 min nəfərlə rekord səviyyəyə yüksəldiyi açıqlanıb.
İngiltərə Milli Statistika İdarəsi (ONS) bu artımın ölkəyə Avropa İttifaqı (Aİ) xaricindən işləmək və ya təhsil almaq üçün gələnlər ilə Ukrayna və Honq Konqdan xüsusi viza proqramları çərçivəsində gələnlərdən qaynaqlandığını bildirib.

Bununla belə, İngiltərə Milli Statistika İdarəsi keçən il immiqrasiyada rekord artıma baxmayaraq, son aylarda immiqrasiya nisbətlərinin aşağı düşdüyünü göstərən məlumatlara işarə edib.

ONS 2022-ci ildə təxminən 1,2 milyon insanın təhsil, iş və digər səbəblərlə İngiltərəyə gəldiyini, 557 min insanın isə ölkəni tərk etdiyini açıqlayıb.

Xatırladaq ki, ölkəyə köç edənlərin sayı 2021-ci ildə 488 min olaraq qeyd edilib.

İngiltərənin Baş naziri Rişi Sunak köçlə bağlı son məlumatlar açıqlandıqdan sonra İTV telekanalına açıqlamasında "Rəqəmlər çox yüksəkdir, o qeder bəsit"  ifadəsini işlədib.

Hökumətin xalis köçü azaltmaq istədiyini vurğulayan Sunak köçün azaldılması üçün daha çox tədbir vəd edib, ancaq konkret hədəf qoymayıb.

Qeyd edək ki, hər il on minlərlə qaçqın Manş boğazı vasitəsilə İngiltərəyə keçir. Bir çox qaçqın qayıqlarının dənizdə batmasınəticəsində həyatını itirir.



Әlaqәli Xәbәrlәr