NASAMS sistemlərinin Ukraynaya verilməsi sazişi təsdiqlənib
ABŞ administrasiyası Ukraynaya 285 milyon dollar dəyərindəki NASAMS zenit-raket kompleksi satışını təsdiqləyib.
ABŞ administrasiyası Ukraynaya 285 milyon dollar dəyərindəki NASAMS zenit-raket kompleksi satışını təsdiqləyib.
Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin (DSCA) məlumatına görə, Ukraynaya 285 milyon dollarlıq bir NASAMS sistemi daxil "LAN/MPQ-64FI Sentinel" radarı, GPS qəbuledicisi, Atəş İdarəetmə Mərkəzi, raket buraxılış sistemi və digər sahə avadanlıqlarının veriləcəyini bildirib.
Satışın təsdiqi ilə bağlı Konqresə bildiriş göndərildiyi ifadə edilən açıqlamada satış sayəsində "Avropada siyasi sabitliyi təmin etmək üçün tərəfdaşlıq qurulan bir ölkənin təhlükəsizliyini" təmin edəcəyi və qərarın "ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə də uyğundur" ifadələri yer alıb.
Açıqlamada “Ukraynanın Rusiyadan gələn raket hücumlarına qarşı müdafiə qabiliyyətini artırmasının lazım olduğu” vurğulanıb və Ukraynanın bu potensiala çatması və ondan səmərəli istifadə etməsinin ölkədəki kritik infrastrukturların qorunmasına kömək edəcəyinə diqqət çəkilib.
Әlaqәli Xәbәrlәr

Uçurumun kənarında 45 torbada insan cəsədi tapılıb
Meksikanın qərbindəki Qvadalaxara şəhərində uçurumun kənarında 45 torbada insan cəsədi tapılıb.