İsveç səfiri Rusiya XİN-ə çağırılıb

İsveç səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və krallığın 5 diplomatı “arzuedilməz şəxs" elan olunub.

1990886
İsveç səfiri Rusiya XİN-ə çağırılıb

İsveç səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və krallığın 5 diplomatı “arzuedilməz şəxs" elan olunub.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, buna səbəb İsveçin Rusiyaya münasibətdə qarşıdurma kursudur.

Vurğulanıb ki, diplomatların ölkədən çıxarılması isə cavab tədbiridir. Belə ki, 2022-ci il sentyabrın 1-dən İsveç hökumətinin qəbul etdiyi qərara əsasən, Rusiyanın Höteborqdakı Baş Konsulluğunun fəaliyyəti dayandırılıb. Buna cavab olaraq Rusiya da İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinin dayandırılmasına dair qərar qəbul edib.



Әlaqәli Xәbәrlәr