İqor Konaşenkov: 'Ukrayna Rusiya donanmasına aid gəmiyə hücum etməyə cəhd göstərib''

İqor Konaşenkov Rusiya ordusunun bu cür yerlərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər gördüyünü bildirib.

1990413
İqor Konaşenkov: 'Ukrayna Rusiya donanmasına aid gəmiyə hücum etməyə cəhd göstərib''

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Ukraynaya məxsus pilotsuz dəniz vasitələri Rusiyanın “Türk axını” və “Mavi Axın” təbii qaz boru kəmərlərinin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasına aid gəmiyə hücum etməyə cəhd göstərib.
İqor Konaşenkov Rusiya ordusunun bu cür yerlərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər gördüyünü bildirib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü deyib: “Ukrayna Silahlı Qüvvələri “Türk axını” və “Mavi axın” təbii qaz boru kəmərlərinin təhlükəsizliyini təmin edən  “İvan Hurs” gəmisinə üç pilotsuz dəniz vasitəsi ilə hücum etməyə cəhd göstərib. Düşmənin bütün qayıqları İstanbul boğazından 140 kilometr şimal-şərqdə məhv edilib''.
İqor Konaşenkov ''İvan Hurs'' gəmisinin vəzifəsini icra etməyə davam etdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr