BMT: Afrika Buynuzu bölgəsində milyonlarla insan aclıq böhranı ilə mübarizə aparır

Birləşmiş Millətlər Təşkilatı Afrika Buynuzu bölgəsində milyonlarla insanın aclıq böhranı ilə üz-üzə olduğu barədə xəbərdarlıq edib.

1990417

Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramının (WFP) Şərqi Afrika üzrə direktoru Maykl Danford mətbuata verdiyi açıqlamada Afrika Buynuzu bölgəsindəki quraqlığın ciddiliyinə diqqət çəkdi.
Afrika Buynuzu bölgəsində milyonlarla insanın aclıq böhranı ilə üzləşdiyini qeyd edən Danford deyib: "Bölgə münaqişələr, iqlim dəyişikliyi və iqtisadi böhranlar da daxil olmaqla bir çox problemlə üz-üzədir''.
Yüksək ərzaq və enerji qiymətləri, quraqlıq və daşqınların da aclıq böhranına səbəb olduğunu vurğulayan Danford Sudandakı qarşıdurmaların mövcud vəziyyətə mənfi təsir göstərdiyini qeyd edib.
Sudanla yanaşı, Efiopiya, Cənubi Sudan, Somali və Keniya da ərzaq böhranından əziyyət çəkən ölkələr sırasındadır.
BMT-nin Dünya Ərzaq Proqramı bölgəyə təcili yardım etmək üçün 810 milyon dollara ehtiyac olduğunu açıqlayıb.

Әlaqәli Xәbәrlәr