Bu, Kosovoda indiyə qədər keçirilən ən böyük hərbi təlimdir

ABŞ Avropa Komandanlığının rəhbərlik etdiyi çoxmillətli “Müdafiəçi Avropa 2023” təliminin Kosovo hissəsi mərasimlə başlayıb

1988901
Bu, Kosovoda indiyə qədər keçirilən ən böyük hərbi təlimdir
Defender Europe 2023 Kosova1.jpg
Defender Europe 2023 Kosova.jpg

 

  ABŞ Avropa Komandanlığının rəhbərlik etdiyi çoxmillətli “Müdafiəçi Avropa 2023” təliminin Kosovo hissəsi mərasimlə başlayıb.

  Kosovo Təhlükəsizlik Qüvvələri (FSK) hərbi texnikasının yer aldığı paytaxt Priştinada keçirilən mərasimdə ölkə prezidenti Vyosa (Vjosa) Osmani və baş nazir Albin Kurti ilə yanaşı nazirlər, bələdiyyə sədrləri, səfirlər və çoxlu sayda qonaq iştirak edib.

  V.Osmani çıxışında təlimin bir çox cəhətdən, xüsusən də Avropa qitəsinin ən gənc ordusu olan FSK üçün tarixi olduğunu ifadə edərək bildirib: “Defender 23”ün əsas məqsədi ABŞ və müttəfiq qüvvələrinin potensial hücumlara qarşı hərbi və döyüş qabiliyyətini nümayiş etdirmək, Avropa müttəfiqləri və tərəfdaşlarına təhlükəli basqınlara qarşı təhlükəsizlik əmniyyəti verməkdir.  

  Kosovo baş naziri A.Kurti da bu təlimin Kosovoda indiyə qədər keçirilən ən böyük hərbi təlim olduğunu vurğulayaraq deyib: “Defender Europe 23” Rusiyanın Ukraynanı işğal etməsindən 15 ay sonra gərgin şəraitdə keçirilir. Bu, təkcə Avropanın deyil, bütün dünyanın gələcəyinə birbaşa aiddir. Buna görə də gözlənilən və gözlənilməz təhlükələrlə üzləşməyə hazır olmalıyıq"

  Aprelin 22-də başlayan və iyunun 23-də başa çatacaq təlimdə 20-dən çox ölkədən 17 min əsgər iştirak edir. 10 ölkədə keçirilən "Defender Europe '23" təliminin Kosovo hissəsi iyunun 2-də başa çatacaq.



Әlaqәli Xәbәrlәr