Volodimir Zelenski Almaniyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlində rəsmi səfərdədir.

1986011
Volodimir Zelenski Almaniyada səfərdədir
Zelenski-İtalya

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlində rəsmi səfərdədir.

Bu barədə Zelenski özünün "Twiter" hesabında paylaşım edib.

Zelenski paylaşımında “Artıq Berlindəyəm. Silah. Güclü paket. HHM. Yenidənqurma. Avropa. NATO. Təhlükəsizlik” deyib.

Qeyd edək ki, Zelenskinin Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcəyi gözlənilir. Bu, Ukrayna Prezidentinin müharibə başlayandan sonra Almaniyaya ilk səfəridir.

Volodimir Zelenski bundan əvvəl İtaliyaya səfəri çərçivəsində Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşüb.

Təxminən qırx dəqiqəlik görüşdə Ukraynadakı humanitar və siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Papa Fransisk bəşəriyyətin əhaliyə dəstək, eləcə də münaqişənin günahsız qurbanları üçün humanitar səylərini davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Volodimir Zelenski Müqəddəs Taxt-Tacda olmaqdan böyük şərəf duyduğunu və dəvətə görə təşəkkürünü bildirib.

Görüşdə Ukraynadakı hazırkı müharibə və bununla bağlı fövqəladə vəziyyət, xüsusilə humanitar xarakterli hadisələr, saxlanılan, həbs edilən, zorla Rusiyaya deportasiya edilən ukraynalıların, eləcə də azyaşlıların geri qaytarılması, həmçinin sülhə nail olmaq üçün davamlı səylər kimi məsələlər müzakirə olunub.

Ukrayna Prezidenti Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher və Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinlə də müzakirələr aparıb.



Әlaqәli Xәbәrlәr