Belçikada üçtərəfli görüş

Artıq 5-ci dəfə keçirilən görüşün gündəliyinə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsi daxildir

1986305
Belçikada üçtərəfli görüş

 

  Belçikanın paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel arasında üçtərəfli zirvə görüşü olub.

  İlham Əliyev Şarl Mişelin dəvəti ilə getdiyi Brüsseldə görüşlər keçirib.

  Səfər çərçivəsində İ.Əliyev üçtərəfli yığıncaqda Ş.Mişel və N.Paşinyanla görüşüb.

  Artıq 5-ci dəfə keçirilən görüşün gündəliyinə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsi daxildir.

  Əliyev və Paşinyan Şarl Mişelin dəvəti ilə 2021-ci il 14 dekabr və 2022-ci il 6 apreldə Brüsseldə görüşmüşdülər. Üçtərəfli formatda sonuncu toplantı 31 avqust 2022-ci ildə keçirilmişdi.

  Xatırladaq ki, 2022-ci il dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan üçtərəfli görüş N.Paşinyan Fransa prezidenti Emmanuel Makronun da iştirak etməsi şərti ilə görüşdə iştirak edə biləcəyini söylədikdən sonra baş tutmayıb.



Әlaqәli Xәbәrlәr