Myanmada kəndə basqın zamanı ordunun 19 nəfəri öldürdüyü iddia edilib

Myanmada etnik silahlı təşkilatlarla qarşıdurmalardan sonra ordunun Nyaung Pin Thar kəndinə təşkil etdiyi basqın zamanı azı 19 nəfəri öldürdüyü və cəsədləri yandırdığı iddia edilib.

1985840

ABŞ hökumətinin maliyyələşdirdiyi Radio Free Asianın (RFA) yaydığı xəbərə görə, ölkənin Baqo bölgəsindəki Nyaung Pin Thar kəndinə daxil olan Myanma əsgərlərinin 4-ü uşaq olmaqla 19 mülki vətəndaşı öldürdüyü bildirilib.
Radio Free Asiana müsahibə verən Xalq Müdafiə Qüvvələrinin (PDF) rəsmisi mayın 10-da hərbi çevrilişə qarşı Myanma ordusu ilə PDF silahlı qruplaşması arasında baş verən qarşıdurmada 20 əsgərin həlak olduğunu, 3 hərbçinin isə əsir götürüldüyünü bildirib.
Xalq Müdafiə Qüvvələrinin rəsmisi yaşanan toqquşmalardan sonra ordunun Nyaung Pin Thar kəndinə basqın etdiyini bildirib.

Etiketlәr: #basqın , #Myanma

Әlaqәli Xәbәrlәr